"ABŞTürkiyə ordusu Menbiçdə qarşıqarşıya gələ bilərmi?" sualına Pentaqondan cavab


Dünya 31 Yan 2018 10:35:00 336 0

"ABŞTürkiyə ordusu Menbiçdə qarşıqarşıya gələ bilərmi?" sualına Pentaqondan cavab

"Amerika NATO müttəfiqlərinin yanındadır"

Türkiyə Afrinin ardınca Menbiçdə əməliyyat keçirmək niyyətindədir. Türkiyə hökuməti ABŞ-ı öz hərbçilərini Menbiçdən geri çəkməyə çağırıb. ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı, general Cozef Votel ABŞ-ın Suriyanın Menbiç bölgəsindən geri çəkilməyəcəyini açıqlayıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pentaqon sözcüsü Adrian Qalloveyin sözlərinə görə isə Menbiç məsələsi qarşılıqlı əməkdaşlıq yolu ilə həll oluna bilər.

"Habertürk" qəzetinin jurnalisti Adrian Qalloveyə "Türkiyə və Amerika ordusu Menbiçdə qarşı-qarşıya gələ bilərmi?" sualını ünvanlayıb. Pentaqon sözcüsü açıqlamasında bildirib ki, Amerika NATO müttəfiqlərinin yanındadır.

"Türkiyə ilə bağlı hər səviyyədə yaranan problemin həlli üçün səy göstəririk. Eyni zamanda da İŞİD-ə edilən təzyiqin azalmamasına çalışırıq. Bu məsələ qarşılıqlı əməkdaşlıq yolu ilə həll oluna bilər. NATO müttəfiqlərimizin yanındayıq", - Adrian Qallovey cavablayıb.