Göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışlarına iki təyyarə cəlb edilib


Dünya 31 Yan 2018 08:27:00 281 0

Göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışlarına iki təyyarə cəlb edilib

Rusiya FHN-i Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarına daha iki təyyarə cəlb edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu nazirlikdən bildiriblər.

Be-200 təyyarələrinin axtarışlara yanvarın 31-də başlayacağı bildirilir. Xatırladaq ki, ötən gün Be-200 təyyarəsi dəniz akvatoriyasının 2376 kvadrat kilometrini təhlil edib.