Qadınlar bu cür davranışları sevmir –


Digərləri 30 Yan 2018 23:41:00 257 0

Qadınlar bu cür davranışları sevmir –

Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır?

Son.az lent.az-a istinadən həmin detalları kişilərin diqqətinə çatdırır.

Ağ şalvar: Çox xüsusi bir gün olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma isə əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar 80-ci illərin "Miami Vice" zamanlarında qalıb.

Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyinən varmı? Əgər varsa, əsla geyməyin.

Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parıldayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər zaman təmiz olsun.

Qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Siz istəmirsinizsə, hələ bir fikirləşin ki, qadınların iri qarınlı kişilərdən necə xoşları gəlmir.

Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da, bədəni təmiz olan kişiləri cazibədar sayırlar. Tər qoxusu isə qadına yaxınlaşmağınızda böyük bir təhlükədir.