Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub


Digərləri 30 Yan 2018 23:29:00 248 0

Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub

Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Ağstafa rayon Qırlı kənd sakini, 1989-cu il təvəllüdlü İlahə Şəhvələt qızı Sadıqova yolu keçən zaman yük maşını (TIR) tərəfindən vurulub. Piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobil Türkiyəyə yük aparırmış.

.