Seyyid olduğunu söyləyib dilənənlər kimdir?


Digərləri 30 Yan 2018 23:15:00 264 0

Seyyid olduğunu söyləyib dilənənlər kimdir?

Seyyid olduğunu söyləyib dilənən və ya nəzir yığan şəxslərin hərəkəti düzgündürmü?

Son.az islam.az-a istinadən bildirir ki, seyyidlər Peyğəmbərlə (s) qohum olmaq və Onun nəslinə mənsub olmaq şərəfinə sahibdirlər. Bu şərəfi qorumaq üçün dinimizdə bəzi qanunlar qoyulmuşdur. Şəriətin vacib etdiyi ödəniş olan xümsün yarısı fəqir seyyidlərə verilməlidir. Bu pul heç bir minnət qoyulmadan onlara təqdim edilir və xümsü verənlər Allahın hökmünü yerinə yetirmək niyyəti ilə bunu edirlər. Seyyidlərin ehtiramını qoruyan şəriət hökmlərindən biri də budur ki, onlara sədəqə vermək qadağandır. Özünü seyyid adlandıran şəxs sədəqə almaz. Hətta zəkatı da seyyidlərə vermək olmaz. Məsələn, yalnız seyyid şəxs fitrə zəkatını fəqir seyyidə verə bilər, seyyid olmayanların bunu etməsi qadağandır. Nəziri seyyidə verməyin isə maneçiliyi yoxdur.