Qəzza fəlakət astanasındadır


Dünya 30 Yan 2018 22:17:00 286 0

Qəzza fəlakət astanasındadır

Qəzza zolağı iqtisadiyyat və sosial sahənin tam iflası astanasındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi əlaqələndiricisi Nikolay Mladenov deyib.

Onun sözlərinə görə, bu məsələ yanvarın 31-də Belçikada keçiriləcək donorların görüşündə asas mövzulardan olacaq.

Mladenov vurğulayıb ki, İki milyon əhalisi olan bölgənin problemlərinin həlli yalnız Qəzza zolağının Fələstin Milli Administrasiyasının (FMA) idarəçiliyi altına qayıtmasından sonra mümkün olacaq.