Füzulidə çay yatağından qədim dövrə aid daşlar tapılıb VİDEO


Digərləri 30 Yan 2018 21:21:00 360 0

Füzulidə çay yatağından qədim dövrə aid daşlar tapılıb  VİDEO

Füzulidə çay yatağından qədim dövürə aid daşlar tapılıb. Oval və silindir şəkilli daşların qədim insanların məzarına qoyulduğu ehtimal edilir. Belə ibtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə edib, ondan müxtəlif əşyalar düzəldiblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yaşı tunc dövrünə aid, bir birindən fərqli qədim daşlar. Bu tapıntılar Füzuli rayonu ərazisində aşkarlanıb.

Rayonun Böyük Bəhmənli kənd sakinləri quru çaydan qum çınqıl daşıyan zaman fiqurlu oyma daşlar aşkar ediblər. Ərazidən bir neçə belə daşın üzə çıxması sakinlərin diqqətini cəlb edilib.

Rayonun Tarix Diyarşunaslıq muzeyinin əməkdaşları ərazidən tapılan bütün daşları toplayaraq muzeyə ekspanata kimi gətiriblər. Böyük marağa səbəb olan daşların yalınız birinin üstündə ilan təsvirləri yer alıb. Müxtəlif ölçülərdə olan 9 ədəd daşın əl əməyi olduğu bildirirlir. Daşların tarixini daha dəqiq öyrənmək üçün lazımi qurumlara müraciət olunub.

Muzey əməkdaşının sözlərinə görə, ibtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə edib, ondan müxtəlif əşyalar düzəldiblər.


Xəbərə aid video