Azəbaycanda məhbəsdə İslamı qəbul edən kamerunlu "Hacı Şahin, mən müsəlman, mən şiə" FOTO


Digərləri 30 Yan 2018 17:30:00 372 0

Azəbaycanda məhbəsdə İslamı qəbul edən kamerunlu  "Hacı Şahin, mən müsəlman, mən şiə"  FOTO

"Cəza bir cəmiyyətdə ədaləti qorumaq üçün verilir. Onun əsas fəlsəfəsi "cinayətkar cəzasız qalmasın", "başqalarına da dərs olsun" kimi mesajlar verməkdir. Bu qızıl qayda dünyəvi hüquq sistemində də, fiqhdə də eynidir".

Son.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.

Şöbə müdirinin sözlərinə görə, onun məhkumluq həyatı haqqında ilk təəssüratı Tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin 1942-ci ildə faşistlərə əsir düşdüyü zaman lagerdə yazdığı "Quşcuğaz" şeiri ilə formalaşıb: "Cəbr və həndəsədən bizə dərs deyən Xanımağa müəllim bu şeirə həddən artıq məftun idi. "Quşcuğazı" əzbər və intonasiya ilə deyənlərə "beş" vəd verirdi. Mənim şüurumda tikanlı məftillər, bütün əzablara baxmayaraq, şairin quşcuğaza xitabən salamını doğulub boya-başa çatdığı torpaqlara çatdırmaq arzusunda donub qalmışdı. Uşaq təxəyyülümdə tikanlı məftillər təkcə azadlığı məhdudlaşdıran baryer deyildi, həm də sanki Vətənə məhəbbətin simgəsi idi. Çünki bölünən Vətən arasında tikanlı məftillər təqribən həmin illərdə sökülmüşdü.

O zaman əsirlik və məhkumluq arasında fərqi dərk etmirdim. Əsir və əməlləri müqabilində cinayət törədərək həbs edilmişlərin fərqini sonra anladım".

N.Məmmədov qeyd edib ki, cəzaçəkmə müəssisələrində məhkumların özünəməxsus həyat tərzi var: "Şübhəsiz, reallıq məhbəs həyatı haqqında yazılmış kitablardan, çəkilmiş filmlərdən çox uzaqdır. Heç kim heç nədən sığortalanmayıb. Məhbəsdə müxtəlif hüquq pozuntularına yol verib məhkəmə qərarı ilə həbs edilmiş alim də var, müxtəlif peşə sahibləri də. Eyni zamanda, əlindən cinayət törətməkdən başqa heç bir iş gəlməyən, azadlığa çıxanda özünü zindanda hiss edib tezlikdə məhbəsə qayıtmaq arzusu ilə yaşayanlar da var.

Bir çox məhkumlar üçün məhbəs islah yeridir. Bəzisi qəza ilə törətdiyi əməl nəticəsində həbs olunub, onlar çox güman ki, azadlığa çıxdıqdan sonra normal həyatına davam edəcək, cəmiyyətə və ailəsinə ləyaqətlə xidmət edəcəklər. Eləsi də var ki, heç zindandan çıxmasa yaxşıdır...

Komitə rəsmisi etiraf edib ki, baş çəkdiyi cəzaçəkmə müəssisələrində tez-tez heyrətlənir. Bəzən müsbət, əksər hallarda isə mənfi mənada: "Penitensiar Xidmətin əməkdaşlarının yaxşı bir sözü var. Deyirlər ki, əsl məhbəs həyatını məhkumlar yox, illərlə onların yanına gəlib-gedən ailələri çəkir. Bəzi detalları danışanda bunun nə dərəcədə həqiqət olduğunu anlayırsan....


Xəbərə aid fotolar