Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə yeni saziş çərçivəsində ilk bonus ödənilib


Digərləri 30 Yan 2018 15:57:00 254 0

Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə yeni saziş çərçivəsində ilk bonus ödənilib

450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.

Bakı. Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib. Bu barədə Trend-ə ARDNF-dən məlumat verilib. Fonda "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.