Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri saxlanılıb


Dünya 30 Yan 2018 11:45:00 376 0

Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri saxlanılıb

Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəriRəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb.

TBB-nin "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Türk Təbiblər Birliyi deyilən qurum "Savaşa xeyr" adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin "Barışa hə" dediklərini eşitmədik".