Yevlaxda Türkmənistana gedən yük maşını qəzaya uğrayıb FOTO


Digərləri 30 Yan 2018 08:33:00 238 0

Yevlaxda Türkmənistana gedən yük maşını qəzaya uğrayıb  FOTO

Qəza zamanı maşının yanacağı ətrafa dağılıb

Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində yük maşını dairəyə daxil olan zaman maneəyə çırpılaraq qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki,nəticədə avtomobilə ciddi ziyan dəyib, onun yanacağı isə ətrafa dağılıb. Qəza maşının təkərinin partlaması nəticəsində baş verib.

Hadisə zamanı Türkmənistan vətəndaşı olan 1979-cu il təvəllüdlü sürücü Həbibullayev Tacmühəmməd Niyazməhəmməd oğlu xəsarət alıb.

Əldə edilən məlumatlara görə, maşın Türkmənistana yük daşıyırmış.

Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub. Qəza baş verən yerdə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.


Xəbərə aid fotolar