Yapon dənizində itən gəmi axtarılır


Dünya 30 Yan 2018 08:13:00 345 0

Yapon dənizində itən gəmi axtarılır

Rusiya FHN-nin "Be-200" təyyarələri Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarını davam etdirəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TASS-a nazirlikdən bildiriblər.

"Bu FHN-in rəhbərliyinin qərarıdır. Hal-hazırda təyyarələr üçüşa hazırlaşır", deyə nazirlikdən bildirilib.

Daha öncə Vladivostok xilasetmə-koordinasiya mərkəzindən axtarışların dayandırıldığı barədə məluma yaymışdı: "Axtarışların aktiv fazası itən şəxslərin sağ tapılmaq ümidi olmadığından dayandırılıb. Axtarışları o ərazidən keçən gəmilər davam etdirəcək."