“Ağıllı” linza qlükozanın səviyyəsini izləyəcək VİDEO


Digərləri 30 Yan 2018 07:33:00 256 0

“Ağıllı” linza qlükozanın səviyyəsini izləyəcək  VİDEO

Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mühəndisləri "ağıllı" kontakt linzası - gözyaşı mayesində qlükoza sensoru yaradıblar.  

Son.az ICTnews-a istinadən bildirir ki, linza elastik şəffaf əsasdan, antena, qlükoza sensoru və şəffaf keçirici material zolağı ilə birləşdirilən kiçik işıq diodundan ibarətdir. Antena yaxın vericidən radiosiqnalı qəbul edərək onu az miqdarda elektrik enerjisinə çevirir. Sensor gözyaşı mayesində qlükozanın miqdarını ölçür və qanda şəkərin miqdarı çoxalan zaman işıq dioduna siqnal ötürür. Qurğu istifadəçini insulinin qəbul olunması vaxtı barədə xəbərdar edir. Şəkərin səviyyəsi azalmağa başlayan zaman diod sönür.  

Məlumata görə, indiyədək təklif olunan "ağıllı" kontakt linzaları prototiplərində (məsələn, Verily Life Sciences startapı) göz üçün potensial təhlükəli bərk və qeyri-şəffaf detallardan istifadə edilib. Qlükoza linza detektoru yaradıcılarının fikrincə, onların ərsəyə gətirdiyi texnologiyada bu çatışmazlıqlar aradan qaldırılıb. Belə ki, linzanın 90 faizi tam şəffafdır, qeyri-elastik materiallardan yalnız ən kiçik materiallar hazırlanıb.

Hazırda dovşanlar üzərində sınaqları keçirilən linzanın gələcəkdə insanlar üzərində testləri planlaşdırılır.