ABŞdan sonra Çində daha bir inqilabi dəyişiklik


Digərləri 29 Yan 2018 23:18:00 206 0

ABŞdan sonra Çində daha bir inqilabi dəyişiklik

ABŞ-ın onlayn ticarət şirkəti "Amazon"dan sonra Çinin "Tencent" şirkəti də kassasız mağaza açıb.

Son.az xəbər verir ki, mağazanı ilk 2 gündə 30 000 nəfər ziyarət edib.

Şirkət "al və çıx" prinsipi ilə işləyən "We Life" adlı mağazanı Şanxay şəhərində istifadəyə verib. Bu mağazadan alış-veriş edənlər nəğd pul və və ya kartdan istifadə etmir. Sadəcə mesajlaşma platforması olan "WeChat" proqramının "Wechat Pay" elektron pulqabı xüsusiyyəti sayəsində aldıqları malın pulunu ödəyirlər.