Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 616 nəfərə çatıb


Dünya 29 Yan 2018 22:29:47 270 0

Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 616 nəfərə çatıb

Əməliyyatlara yanvarın 20-də başlanılıb

Türkiyə silahlı qüvvələri Suriyanın Afrin şəhərində kürdlərə qarşı aparılan anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş yaraqlıların sayı 616 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə ordusunun Baş Qərargahının bəyanatında deyilir.

"Zeytun budağı" əməliyyatlarına yanvarın 20-də başlanılıb. Əməliyyatlar həm havadan, həm də qurudan aparılır.