Beyin üçün ƏN FAYDALI ƏDVİYYAT təyin olunub


Digərləri 29 Yan 2018 21:39:00 341 3

Beyin üçün ƏN FAYDALI ƏDVİYYAT təyin olunub

Sarıkökün tərkibinə daxil olan və ona spesifik sarı rəng bəxş edən kurkumin maddəsi yaddaşı və əhvalı yaxşılaşdırır.

Bunu Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada yaddaş zəifliyindən şikayət edən 50-90 yaş arası 40 insan iştirak edib. Alimlər iştirakçıları 2 qrupa bölüb. Bir qrup 18 ay ərzində hər gün sarıkök, digər qrup isə plasebo (boş həb) istehlak edirdi. Araşdırmanın sonunda məlum olub ki, sarıkök istehlak edən insanlarda yaddaş xeyli yaxşılaşıb.

Həmçinin onlar əhvalın və həyat tonusunun yaxşılaşmasını qeyd edib. Alimlərin fikrinə görə, sarıkök depressiyanın müalicəsində istifadə oluna bilər.