Hospitalda faciə: MRT otağında həlak oldu


Digərləri 29 Yan 2018 20:50:00 336 0

Hospitalda faciə: MRT otağında həlak oldu

32 yaşlı Raceş Maru Hindistanın Mumbay şəhərindəki "Nair" hospitalında keçinib.

Son.az NDTV-yə istinadən bildirir ki, o, dayısı oğlu Hariş Solankiyə anası, 65 yaşlı Lakşmi Solankiyə yardım edərkən dünyasını dəyişib.

Lakşmi Solanki maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçməliydi. Hazırlıq zamanı Raceş Maru təsadüfən maye oksigen udub.

Polis olayla bağlı 24 yaşlı həkim Sarubh Langrekara, habelə hospitalın əməkdaşları - 35 yaşlı Vittal Çavan və 32 yaşlı Sunita Surveyə qarşı cinayət işi qaldırıb.

Polisdən verilən məlumata görə, Raceş Maru ilə Hariş 65 yaşlı Laşkmi Solankini xərəkdə MRT prosedurunun keçiriləcəyi kabinetə aparıblar və otaqdan çölə çızıblar. Bundan sonra prosedur kabinetinin əməkdaşı Raceşə əynindəki bütün metal əşyaları çıxararaq yenidən kabinetə girməsini istəyib. Raceş MRT aparatına yerləşdirilmiş qadın üçün metaldan düzəlmiş oksigen balonunu tutmalıydı.

Raceş tomoqrafın işə salındığı halda bunun nə qədər təhlükəsiz olduğunu soruşub.

Əməkdaş da "Narahat olmayın, həkimlər də həmişə belə edir" söyləyib.


Xəbərə aid fotolar