Azərbaycanla FAO arasında əlaqələr müzakirə olunub (FOTO)


Digərləri 29 Yan 2018 20:14:00 197 0

Azərbaycanla FAO arasında əlaqələr müzakirə olunub (FOTO)

Dövlət Gömrük Komitəsi ilə FAO arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, A.Əliyev ölkəmizin gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərindən məmnunluqla söhbət açıb, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. A.Əliyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini, bu sahədə əldə olunan nailiyyətlərin nəticəsi olaraq ölkəmizin ixrac potensialının da artdığını diqqətə çatdırıb. Komitə sədri kənd təsərrüfatının müxtəlif sahələrində yeni texnologiyaların, ən son elmi nailiyyətlərin tətbiqi hesabına məhsuldarlığın ciddi şəkildə artımı ilə yanaşı, qida təhlükəsizliyinə də xüsusi diqqət yetirildiyini vurğulayıb.