Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək


Digərləri 29 Yan 2018 16:49:00 372 0

Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək

"Azərşüşə" dövlət zavodu 2018-ci ildə istehsalat gücünü artıracaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Sahibkarların sualına cavab verən nazir qeyd edib ki, "Azərşüşə" Azərbaycan Sənaye Korporasiyasının tabeliyinə keçib və zavodun fəaliyyəti tədqiq olunaraq problemləri üzə çıxarılıb.