"Ad və soyadlar haqqında" qanun layihəsi hazırlanacaq


Digərləri 29 Yan 2018 12:30:00 264 0

"Ad və soyadlar haqqında" qanun layihəsi hazırlanacaq

Milli Məclisin Mədəniyyət komitəsi yaz sessiyası dövründə hazırlayacağı qanun layihələrini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə "Kinematoqrafiya haqqında" və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, "Yazılı abidələr haqqında", "Kulinariya haqqında", "Ad və soyadlar haqqında" və "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələrinin hazırlanması planlaşdırılır.