Bakıda yolu keçmək istəyən oğlanı avtomobil vurub


Digərləri 29 Yan 2018 08:59:00 228 0

Bakıda yolu keçmək istəyən oğlanı avtomobil vurub

Paytaxtın Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1998-ci il təvəllüdlü Səlimov Elşən Elşən oğlu Keşlə qəsəbəsində yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta-ağır olduğundan o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.