Narkotik tərkibli dərmanlarla bağlı


Digərləri 29 Yan 2018 08:07:00 244 0

Narkotik tərkibli dərmanlarla bağlı

Səhiyyə Nazirliyinin Kollegiyası aptek təşkilatlarında dərman vasitələrinin saхlanılması və keyfiyyətinin təmin edilməsi tələblərini təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki, aptekdə bu tələblərə və Etibarlı Saxlama Təcrübəsinin tələblərinə uyğun saxlama şəraiti yaradılmalı, dərman vasitələri farmakoterapevtik qruplar üzrə, fiziki-kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, içlik vərəqəsində və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalıdır. Bioloji fəallığa malik qida əlavələri onlar üçün ayrılmış ayrıca rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanmalıdır.