Bu paltarlar sizi daha cazibədar göstərəcək QARDEROBUNUZDA OLSUN FOTO


Digərləri 29 Yan 2018 07:41:00 611 0

Bu paltarlar sizi daha cazibədar göstərəcək  QARDEROBUNUZDA OLSUN  FOTO

Qadınlar hər gün cazibədar görünmək istəyir. Getdikləri hər yerdə və məkanda daim diqqət mərkəzində olmağı xoşlayırlar. Son.az ailem.az-a istinadən bu gün nə geyinəcəyinə qərar verə bilməyənlər üçün bəzi asan üsullar göstərir.

Hündür daban ayaqqabı

Hündür daban ayaqqabı geyindikdə bədəninizin duruşu həmişəkindən fərqli olur. Ayaqlarınız uzanır, sinəniz qabağa çıxır, yerişiniz zərifləşir, ayaqlarınızın hərəkəti dəyişir. Bu da əlbəttə sizi olduğunuzdan daha cazibəli göstərir.

Kiçik qara paltar

Qara, rəng geyimlə bağlı olduqda çox insan tərəfindən ən cazibədar və seksi rəng olaraq seçilir. Çünki qara rəng paltar bir qadını hər zaman daha zərif və cazibədar göstərir.

Çiyni açıq köynək

Kişilər qadınların bədənindəki yuvarlaq nahiyələri sevirlər. Sinə və ayağa olan maraqları bəllidir, amma bu siyahıya çiyinlərinizin də daxil  olduğunu bilirsiniz?


Xəbərə aid fotolar