Narkotik tərkibli dərmanlar apteklərdə siqnalizasiyası olan otaqlarda saxlanılacaq - YENİ TƏLƏB


Digərləri 29 Yan 2018 07:49:49 197 0

Narkotik tərkibli dərmanlar apteklərdə siqnalizasiyası olan otaqlarda saxlanılacaq - YENİ TƏLƏB

Səhiyyə Nazirliyinin Kollegiyası aptek təşkilatlarında dərman vasitələrinin saхlanılması və keyfiyyətinin təmin edilməsi tələblərini təsdiqləyib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyinin Kollegiyası aptek təşkilatlarında dərman vasitələrinin saхlanılması və keyfiyyətinin təmin edilməsi tələblərini təsdiqləyib. Trend-in məlumatına görə, aptekdə bu tələblərə və Etibarlı Saxlama Təcrübəsinin tələblərinə uyğun saxlama şəraiti yaradılmalı, dərman vasitələri farmakoterapevtik qruplar üzrə, fiziki–kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, içlik vərəqəsində və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalıdır. Bioloji fəallığa malik qida əlavələri onlar üçün ayrılmış ayrıca rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanmalıdır.