Qadınlar kişilərdə ilk növbədə BUNA DİQQƏT EDİR


Digərləri 28 Yan 2018 19:59:00 282 0

Qadınlar kişilərdə ilk növbədə BUNA DİQQƏT EDİR

Qadınların fikrincə, kişiləri cazibədar edən heç də onların ucaboy, qamətli olması, saçları, geyimləri deyil. Qadınlar kişilərdə əsasən bədən quruluşuna diqqət edir.

Son.az xəbər verir ki, Kaliforniya ştatının Qriffita universitetindən olan qadın alimlərin maraqlı araşdırması dünya mediasında geniş müzakirə olunub. Belə ki, araşdırma sorğu şəklində aparılıb və yaşı 20-dən 50-yə qədər olan 150 qadın iştirak edib.

Onlara müxtəlif yaşlı kişilərin çılpaq və geyimli fotoları göstərilib. Qadınlar isə kişilərdə onları ilk cəlb edən nüanslardan danışıblar.

20-25 yaş arası qadınlar kişilərdə ilk olaraq bədən quruluşuna, xüsusilə də əzələli qollara, enli kürək və geniş çiyinlərə önəm verdiklərini deyiblər. Bu yaşda qadınlara cazibədar və çəkici gələn məqamlar bunlar olub.

30-40 yaş arası qadınlar daha maraqlı fikir irəli sürüb. Onlar kişilərdə sadəcə artıq çəkinin olmamasına diqqət edirlər. Xarici görünüşdən yaşından daha cavan və şux qamətli kişilərə üstünlük versələr də, ən əsası maddi vəziyyətinin yüksək olmasıdır.


Xəbərə aid fotolar