"Tarqovı"da 21 yaşlı oğlana qarşı dələduzluq


Digərləri 28 Yan 2018 17:54:00 217 0

"Tarqovı"da 21 yaşlı oğlana qarşı dələduzluq

Bakının mərkəzində gənc oğlana qarşı dələduzluq edilib.

Son.az lent.az-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Bəkirov Emil Elxan oğlu 18-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, Nizami küçəsi 58 ünvanının qarşısında ("Tarqıvı" məhəllə adlanan ərazi) özünü Fərhad kimi təqdim edən şəxs ona yaxınlaşaraq əlində olan "Samsung" markalı mobil telefonu danışmaq adı ilə alıb. Bir neçə saniyə sonra həmin şəxs telefonla uzaqlaşıb və insanların arasında yox olub.