Bakının ev sahibliyi edəcəyi idman gimnastikasi üzrə dünya kubokunda 163 idmançı yarışacaq


Digərləri 28 Yan 2018 16:37:36 230 0

Bakının ev sahibliyi edəcəyi idman gimnastikasi üzrə dünya kubokunda 163 idmançı yarışacaq

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verir

Bakı. Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verir. Martın 15-18-də Milli Gimnastika Arenası idman gimnastikasi üzrə dünya kubokuna ev sahibliyi edəcək. Bakıda üçüncü dəfə təşkil olunacaq bu yarışa 27 ölkədən 163 idmançının qatılacağı gözlənilir. Kişi və qadın idman gimnastları ilk iki gündə təsnifat, son iki gündə isə ayrı-ayrı alətlər üzrə final mərhələlərində güclərini sınayacaqlar.