Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib


Dünya 28 Yan 2018 16:15:00 285 0

Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində strateji Burseya dağını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.

Son.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında başlayan əməliyyat az əvvəl başa çatıb.

Burseya dağı Afrin şəhərinin şimal-qərbində yerləşir. Beton qüllələr və sığınacaqların yaradıldığı bu dağdan PYD/YPG Türkiyənin sərhəd şəhərlərini və Suriyada müxalif Azad Suriya Ordusunun nəzarətində olan Azez şəhərini atəşə tutub. Bu yüksəkliyin alınması həm də Afrin şəhərinin mühasirəyə alınması istiqamətində ilk addım sayılır.