Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün imtahan keçirilir


Digərləri 28 Yan 2018 11:48:00 236 0

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün imtahan keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

Son.az report.az-a istinadən bildirir ki, Vəkillər Kollegiyası ilə birlikdə keçirilən imtahan saat 11:00-da başlayıb və Bakı şəhərində 4 binada təşkil olunub.

İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunub. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün "barkod-skaner"lər quraşdırılıb.

İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.