Kiprdə prezident seçkiləri keçirilir


Dünya 28 Yan 2018 10:34:00 203 0

Kiprdə prezident seçkiləri keçirilir

Kipr respublikasında ölkənin yeni rəhbərini təyin etmək üçün Bakı vaxtı ilə saat 09:00-da növbəti prezident seçkilərinə start verilib.

Son.az report.az-a istinadən bildirir ki, ölkədə mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərdə qalib gəlmək üçün prezidentliyə namizəd seçici səslərinin 50 faizdən çoxunu toplamalıdır. Bu, baş verməyəcəyi təqdirdə prezident seçkilərinin ikinci turu keçiriləcək və ilk turda ən çox faiz toplamış ilk 2 namizəd iştirak edəcək.