Rusiyada yataqxanada yanğın:


Dünya 28 Yan 2018 10:07:00 199 0

Rusiyada yataqxanada yanğın:

Ötən gecə Rusiyanın Omsk şəhərindəki Novoomsk qəsəbəsində yataqxanada yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 05.30 radələrində baş verən yanğın nəticəsində ikisi 13 və 14 yaşlı uşaqlar olmaqla, 5 nəfər ölüb.

Yanğın zamanı ikisi ağır olmaqla, 7 nəfər də xəsarət alıb. Xilasedicilər 60 nəfəri xilas edib. Yanğın yerli vaxtla saat 08.29 radələrində lokallaşdırılıb.