Günün qoroskopu: səbrli və təmkinli olun


Digərləri 28 Yan 2018 00:01:00 294 0

Günün qoroskopu: səbrli və təmkinli olun

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - səbrli və təmkinli olun. Gərəksiz mübahisələrə, dartışmalara qatılmayın. Xərclərinizi nizamlayın. Maliyyə imkanlarınızı düşünülməmiş şəkildə sərf etməyin. Sərmayə və ya layihə üçün əlverişli zaman deyil. Tələskənli, düşünülməmiş qərarlar itkilərə səbəb ola bilər.

Günün ikinci yarısı dostlarla birgə fəaliyyət üçün əlverişlidir. Ünsiyyət xoş, səmimi olmalıdır. Emosional yüksəkliş hiss edəcəksiniz. Axşam saatlarında qüvvənizi bərpa etməyə çalışın.

Buğa - əlverişli, münasib gündür. Bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Situasiya ağır olsa da, yaşananların fəaliyyətinizə müsbət təsirini sonradan anlayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə tam qarşılıqlı anlaşmaya nail olacağınızı düşünməyin.

Günün ikinci yarısında münaqişəli situasiyalara qatılmayın. Səbrli, təmkinli davranın.

Ailə üzvlərinizlə qohumlarınızın dediklərində maskalanmış ifadələr, üstüörtülü ibarələr aramayın. Bəzi adamların hərəkətləri şübhəli təsir bağışlasa da, aqressiv olmayın.

Axşam saatlarında hisslərə qapılmayın.

Əkizlər - bilik və bacarıqlarınızdan yararlana biləcəyiniz insanlarla sıx təmaslarda olun. Bu gün uğur qazana bilərsiniz. İşdə kollektivin dəstəyini almağa çalışın. İradəli, qətiyyətli olun. İş axtarırsınızsa, ən müxtəlif variantları nəzərdən keçirə bilərsiniz.

Günün ikinci yarısında potensial sifarişçi ilə danışıqlarda sərvaxt olun. Təsir altına düşərək potensial gəlir imkanını itirməyin. Yaxınlarınızla münasibətlərdə yeni, müsbət yönlər aşkarlanacaq. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşə bilər.

Normal istirahət edin.  

Xərçəng - bu gün qeyri-adi ideyaların yaranmasına səbəb olan yeni şərtlərlə qarşılaşacaqsınız. Məqsədlərinizi dəqiqləşdirin. Hədəfləriniz səpələnmiş halda olmamalıdır. Gərəkli prioritetləri aydınlaşdırmağın zamanıdır.

Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Daşınmaz əmlakla bağlı məsələnin həllini ertələməyin.

Sevdiyiniz insanla söhbət zamanı gələcək planları müzakirə edin. Şəxsi münasibətlərdə yenilik istəyirsinizsə, dərhal işə başlayın.

Axşam saatlarında aktiv olun.  

Şir - qıcıqlı, aqressiv, kobud olmayın. Tənqidə sərt reaksiya verməyin. Hisslərinizi cilovlayın, emosiyaların əsiri olmayın. Dediyiniz sözlərə fikir verin.

Günün ikinci yarısında mübahisələrdə opponenti üstələmək istəyi sağlam məntiqə güc gəlməməlidir. Mübahisələrə qatılmayın. Pozitiv olun. Yarımçıq saxladığınız işə davam edin.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Qız - yeni tanış olduğunuz insan barədə ilkin təəssüratlara inanmayın. Yaxşı ilə pisi ayırd etmək çətinləşəcək. Situasiyaya fərqli yönlərdən baxın. Dürüst qərarlar verin. Yaxın adamlardan biri sizi dəstəkləyəcək. Məsuliyyətdən qurtulmağa cəhd etməyin.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün o qədər də yaxşı zaman deyil. Məişət problemləri ilə bağlı iradlarla yanaşı, sevdiyiniz insandan tənqid eşidəcəksiniz. Səmimi söhbət və dialoq şübhələrdən qurtulmağın ən yaxşı yoludur. Vəziyyəti normallaşdırmaq istəyirsinizsə, axşam saatlarında bir az tək qalın.

Tərəzi - çoxdan bəri yığılıb qalan və həllini tələb edən məsələləri çözmək üçün yaxşı gündür. Adətən öhdəsindən çətinliklə gəldiyiniz problemlərdən birini həll edə bilərsiniz. Peşəkar fəaliyyət sahəsində müşküllər və gecikmələr olsa da, ruhdan düşməyin. Təşəbbüskar olun.

Günün ikinci yarısında işə diqqətli yanaşmağınız nüfuzlu şəxslərdən birini maraqlandıra bilər.