Möminlər behiştdə Allahı görə bilərmi?


Digərləri 27 Yan 2018 23:45:00 344 0

Möminlər behiştdə Allahı görə bilərmi?

Əba Sələt nəql edir: "İmam Rzadan (ə) soruşdum: Bu hədisin mənasını izah edin: "İman əhli behiştdəki məqam və mənzillərindən Allahı ziyarət edərlər".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İmam Rza (ə) cavabında buyurdu: "Ey Əba Sələt! Allah Təala Muhəmmədi (s) bütün məxluqlardan, hətta mələklər və əzəmətli peyğəmbərlərdən də üstün etmişdir. Onunla beyət etməyi - Özü ilə beyət etmək qərar vermişdir. Dünya və axirətdə Peyğəmbərlə (s) görüşməyi və ziyarəti - Özü ilə görüşmək və ziyarət etmək kimi hesab etmişdir".   Bu iddianın dəlili kimi Alah buyurur: "Allahın Peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik". ("Nisa" 80).   "Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər - əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) - Allahın əlidir. Buna görə də kim əhdi pozsa - yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) - tezliklə ona böyük bir mükafat verəcəkdir". ("Fəth" 10).   Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mən həyatda olan zaman və öləndən sonra məni ziyarət etməyə gələr - Allahı ziyarət etmiş olar".   Əziz Peyğəmbərin (s) axirətdəki məqamı bütün məxluqlardan daha ucadır. Ona görə də hər kim behiştdə Həzrəti (s) ziyarət edərsə, əslində Allah Təalanı ziyarət etmiş olar.