4 steykə görə 1100 avroluq hesab yazan


Digərləri 27 Yan 2018 20:25:00 266 0

4 steykə görə 1100 avroluq hesab yazan

Venesiyada 4 yapon turistə 4 steyk, bir balıq qızartması və su üçün 1143 avro hesab ödətdirən restorana 20 min avroluq cərimə kəsilib.

Osteria da Luca adlı restorana kəsilmiş bu cəza şişirdilmiş hesab üçün yox, restoranla bağlı şikayətdən sonra aparılan yoxlama zamanı ortaya çıxan qanun pozuntularına görə olub.

Yerli medianın yazdığına görə, restoranda "struktur və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər" aşkarlanıb.

Ödənişsiz lüks oteldə qalma təklifi

Bu arada olaya görə Venesiyanın imicinin zədələnəcəyindən narahat olan Venesiya Ticarət Palatası yapon turistlərə ödədikləri vəsaiti geri qaytarmağa söz verib və üstəlik, onlara şəhərdəki lüks oteldə 2 gecə ödənişsiz qalmağı təklif edib.

İtaliyanın Venesiya şəhərindəki restoranda 4 steyk və bir qab qızardılmış balığa görə yaponiyalı turistlərə təqdim olunan 1100 avroluq hesab şəhər hakimiyyəti başçısını hiddətə gətirmişdi.

Hadisə Müqəddəs Mark meydanında yerləşən restoranda baş vermişdi.

Yaponiyalı tələbələrinə verilən hesabda yeməklərdən başqa adi su və xidmət haqqı olub.

Venesiya meri Luigi Brugnaro hadisəyə müvafiq şikayətdən sonra münasibət bildirib.

Bu arada tələbələrin 3 rəfiqəsi başqa restorana baş çəkib. Lakin orada da qiymət ucuz olmayıb. Yaponiyalı xanımlar dəniz məmulatları ilə pastaya 350 avro ödəyiblər.