Bizdə ən böyük problem donor bankının yaradılmasıdır


Digərləri 27 Yan 2018 19:13:00 400 0

Bizdə ən böyük problem donor bankının yaradılmasıdır

Həkim Adil Qeybulla deyir ki, orqan nəqli məsələsi sistem şəklini almalıdır

"Donor haqqında qanun qəbul edilməlidir"Adil Qeybulla: "Donor haqqında qanun qəbul edilməlidir"

Milli Məclisin Səhiyyə Komitəsinin 2018-ci il yaz sessiyasının iş planına "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əlavə və dəyişiklər layihəsinin müzakirəsi daxil edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Həkim Adil Qeybullanın dediyinə görə, Azərbaycanda əsasən böyrək, qaraciyər orqanlarının transplantasiyası əməliyyatları keçirilir: "Orqan nəqli məsələsi sistem şəklini almalıdır. Donor haqqında qanun qəbul edilməli, həmçinin donor bankı yaradılmalıdır. Bunun sistem şəklində həyata keçirilməsi, ancaq icbari tibbi sığorta şəraitində mümkündür".