Papua Yeni Qvineya sahillərində zəlzələ olub


Dünya 27 Yan 2018 08:18:00 305 0

Papua  Yeni Qvineya sahillərində zəlzələ olub

Sakit okeanda, Papua - Yeni Qvineya sahillərində 6,3 bal gücündə zələlə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Madanq şəhərindən 182 kilometr şimalda, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.