Smartfonlar yeniyetmələri "bədbəxt" edir


Digərləri 26 Yan 2018 22:20:00 270 0

Smartfonlar yeniyetmələri "bədbəxt" edir

San-Dieqo və Corciya Universitetlərinin alimləri yaşı 13-18 arası təxminən milyona yaxın məktəblinin iştirak etdiyi tədqiqatın nəticələrini araşdırıblar. Tədqiqatçıların fikrincə telefon və kompüter oyunlarına çox zaman ayıran yeniyetmələr digərlərinə nisbətən özlərini daha az xoşbəxt hiss edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, araşdırmaların nəticəsində iştirakçılar arasında ən xoşbəxt yeniyetmələrin gün ərzində smartfonlara bir saatdan daha az zaman ayıranların olduğu aşkarlanıb. Tədqiqatlar onu da göstərib ki, bu növ elektron cihazlardan ən çox istifadə edənlər ABŞ yeniyetmələridir. Araşdırmalarda iştirak edən, 2000-ci ildən sonra doğulanların uşaqlığı 1990-cı illərə təsadüf edənlərə nisbətən həyatdan daha az həzz aldıqları məlum olub.

Alimlər onu da bildiriblər ki, bu hal 2012-ci ildən sonra dünyaya gələnlər arasında da çox yayğındır.