Tamahkar milyonçular ifşa olundular


Digərləri 26 Yan 2018 20:25:00 269 0

Tamahkar milyonçular ifşa olundular

Dünyanın ən məşhur və ən böyük reklam agentliklərindən olan "Saatchi & Saatchi"nin rəhbərlərindən biri, baş strateji meneceri Riçard Hantinqton sosial şəbəkələrdə sərt tənqid olunaraq qınaq obyektinə çevrilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o və xanımı Annabel Börd yardıma ehtiyacı olan insanlar üçün ianə kampaniyalarının keçirildiyi GoFundMe saytında köpəkləri ilə bağlı elan yerləşdirmələridir.

Riçard Hantinton və Annabel Bördün yazdıqlarına görə, onların Uels teryeri cinsindən olan 4 yaşlı köpəkləri Edvard Lirin müalicəsineə 7500 funt-sterlinq gərəkdir.

Britaniyada populyar baytar həkimlərdən olan Noel Fitzpatrikin klinikasında Lirin müalicəsinə məhz bu məbləğdə pul istənilib.

Gərəkli məbləğin artıq 5365 funtu yığılıb.

Fəqət, Riçard Hantinqtonla Annabel Börd bu pulu çox asanlıqla ödəyə bilərlər, çünki onlar milyonçulardır.

Ailənin Londonda 1,2 milyon funtluq dəbdəbəli evi var. Riçardla Annabel tez-tez səyaşətlərə çıxırlar, həmişə də beşulduzlu otellərdə qalırlar.


Xəbərə aid fotolar