Elza ilə Anar barışdı


Şou-biznes 26 Yan 2018 18:05:00 308 0

Elza ilə Anar barışdı

Uzun müddətdir küsülü olan əməkdar artist Elza Seyidcahanla stilist Anar Ağakişiyev barışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onlar birlikdə "Hər şey daxil" verilişinə qonaq olublar.

Stilist və müğənni qucaqlaşaraq aradakı incikliyə son qoyublar.

E.Seyidcahan "Hər zaman sülh tərəfdarı olmuşam. Çalışmışam mehribançılıq olsun. Eşitdiyim sözü belə danışmamışam. Amma bəziləri var ki, eşitmədiyini də danışıb. Heç sosial şəbəkədə Anarla olan fotolarımı da silmədim. Bəziləri qalmaqaldan zövq alırlar" deyə, söyləyib.