656 nəfər yedi zəhərləndi, 6 nəfər dünyasını dəyişdi


Digərləri 26 Yan 2018 15:56:00 242 0

656 nəfər yedi zəhərləndi, 6 nəfər dünyasını dəyişdi

"Ötən il ərzində Azərbaycanda 362 qida zəhərlənməsi baş verib".

Mİlli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 656 nəfər zərər çəkib.

Ötən il 21 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zəhərlənib, 6 nəfər dünyasını dəyişib. Ölümə hisə verilmiş balıq və məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.

Ümumilikdə, qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib. Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı 2016-cı illə müqayisədə azalıb.