IDEA "Ekoskaut" layihəsi uğurla davam edir


Digərləri 26 Yan 2018 14:36:23 304 0

IDEA "Ekoskaut" layihəsi uğurla davam edir

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan "Eko-skaut" layihəsi uğurla davam edir.

Son.az xəbər verir ki, IDEA-dan Trend-ə verilən məlumata görə, qısa müddət ərzində sayları 150-yə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə 25 yanvar tarixində IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində görüş keçirilib.

Qeyd edək ki, sözügedən layihəyə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.