ETSN Bayıl yamacında baş verən SON DƏYİŞİKİLƏR barədə


Şou-biznes 26 Yan 2018 12:56:00 272 0

ETSN Bayıl yamacında baş verən SON DƏYİŞİKİLƏR barədə

Bakıda Bayıl yamacında sürüşmə prosesi davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov hadisə yerinə deyib.

Onun sözlərinə görə, sonuncu gün sürüşmə cüzi olub: "Burada tədqiqat işləri davam etdirilir, eyni zamanda geoloji araşdırmalar aparılır. Bizim məqsədimiz dərinliyi öyrənməkdir. Yəni, bu proseslər hansı dərinlikdə baş verir. Bu iş qurtarandan sonra digər qurumlar tərəfindən bərkitmə işləri aparılacaq".

Ə.Qaralov bildirib ki, hazırda yağan yağış sürüşməni sürətləndirmək gücündə deyil: "Hazırda yağan yağışın sürüşməyə təsiri yoxdur. Əgər həddindən artıq qar yağsa, onun təsiri ola bilər. Sürüşmə prosesi hələlik başa çatmayıb, davam edir. Amma proses əvvəlki günlərə nisbətən zəifləyib".