Tramp fələstinlilərə yardımdan imtina etməsini hörmətsizliklə əlaqələndirib


Dünya 25 Yan 2018 22:37:25 291 0

Tramp fələstinlilərə yardımdan imtina etməsini hörmətsizliklə əlaqələndirib

"Fələstinlilər danışıqlar masası arxasına əyləşməyənədək, ABŞ onlara maliyyə yardımı göstərməyəcək"

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin Milli Administrasiyası hörmətsizlik sərgilədiyi üçün Birləşmiş Ştatlar ona yardım göstərməkdən imtina edəcək.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

"Onlar bizə hörmətsizlik sərgilədilər", - deyə Tramp bildirib.

O, qeyd edib ki, Fələstin Milli Administrasiyası ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən imtina edib. Ağ Ev rəhbəri əlavə edib ki, fələstinlilər danışıqlar masası arxasına əyləşməyənədək, ABŞ onlara maliyyə yardımı göstərməyəcək.