Rusiyaya getmək istəyənlər bunu bilməlidirlər


Digərləri 25 Yan 2018 21:37:00 253 0

Rusiyaya getmək istəyənlər bunu bilməlidirlər

Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcək.

Bakı  -Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, "Rusiya Dəmir Yolları" ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.