Qanunla qadağandır, amma körpülərin altı


Digərləri 25 Yan 2018 21:07:00 211 0

Qanunla qadağandır, amma körpülərin altı

Bakıda körpülərin altı parkinq ərazisinə çevirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, burada həm minik maşınları, həm də yük avtomobilləri park edilib. Məsələn, 3-cü mikrorayon dairəsi kimi tanınan Alı Mustafayev və Rövşən Cəfərov küçələrinin kəsişməsindəki körpünün altında bu hal yaşanır. Körpülərin altında, həmçinin tunellərdə avtomobillərin park edilməsinə qadağa qoyulsa da, görünən mənzərə bunun əksini göstərir.

Eyni mənzərəni Alı Mustafayev küçəsində olan tunelin üzərində də görmək mümkündür.

Sürücülər isə "niyə avtomobilləri burda park edirsiniz" sualını cavabsız qourlar.

Ancaq avtomobillərin burda park edilməsi heç də insanlar tərəfindən birmənalı qarşılanmır. Əksər insanlar avtomobillərin burada park edilməsinin əleyhinədir.