Şəmkirdə avtomobil maneəyə çırpıldı


Digərləri 25 Yan 2018 20:37:00 222 0

Şəmkirdə avtomobil maneəyə çırpıldı

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir rayonu ərazisində, Şəmkir şəhərinə istiqamətlənən yol ayrıcında baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza zamanı iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.