Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir


Digərləri 25 Yan 2018 16:17:16 176 0

Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir

Deputat qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddə öz əksini tapmalıdır

Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev çıxış edib.O bildirib ki, əlillərin reysteri yaradılsa və ora hər kəsə açıq olsa, əlillərə hansı xidmətlərin göstərildiyini, onların problemlərinin nədən ibarət olduğunu və əlillərlə bağlı digər məsələləri öyrənmək mümkün olar. 

Deputat qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddə öz əksini tapmalıdır.