Səfir: "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək"


Dünya 25 Yan 2018 15:34:04 262 0

Səfir: "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək"

Fatma Geren Yazgen: "Bu əməliyyat terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib"

"Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək". 

"Report"un Gurcüstan burosu xəbər verir ki, bunu Turkiyənin Gurcüstandaki səfiri Fatma Geren Yazgen yanvarın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adı altında başlatdığı antiterror əməliyyatı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həyata keçirilir: "Bu əməliyyat Suriyada yaşayan kürd xalqına qarşı deyil, terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib. Bu, Türkiyənin yalnız Suriyada sülhün təmin olunmasına dəstək əməliyyatıdır". 

Səfir deyib ki, PKK beynəlxalq səviyyədə tanınmış terror təşkilatıdır: "Bu təşkilat artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə terror aktları həyata keçirməyə başlayıb. Bu da Turkiyəni ciddi narahat edir. Çünki bu terror aktları Türkiyə üçün də bir təhdiddir".