Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildilər


Digərləri 25 Yan 2018 14:55:05 250 0

Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildilər

Bakıda yaşayış binasında yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.

Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.