Donald Tramp Davosa gəlib


Dünya 25 Yan 2018 14:23:20 240 0

Donald Tramp Davosa gəlib

Tramp Bill Klintondan sonra Davosda iştirak edən ilk ABŞ prezidenti olacaq

ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gəlib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

ABŞ prezidentinin forumda ABŞ və müttəfiqləri arasında daha ədalətli qarşılıqlı ticarət olmasını tələb edəcəyi ehtimal edilir.

Qeyd edək ki, D.Tramp 2000-ci ildə Davosa qatılan Bill Klintondan sonra Davos Forumunda iştirak edəcək ilk ABŞ prezidenti olacaq.